“BAYRAKTAR ТВ2” PUA-ları DÜŞMƏNİ VAHİMƏYƏ SALIRDI" - "Bu, Ermənistan tərəfi üçün gözlənilməz oldu..."

"Bayraktar ТВ2” PUA-larından istifadə İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların aparılmasında, Silahlı Qüvvələrin hücumuna dəstək verilməsində, yeni mövqelərin əldə olunmasında, həmçinin itkilərin minimuma endirilməsində Azərbaycana çox kömək etdi".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Müharibə zamanı 366 tank məhv etdik və ya qənimət kimi götürdük, böyük sayda digər zirehli texnika və artilleriya silahı məhv etdik. “Bayraktar ТВ2” PUA-ları düşməni vahiməyə salırdı, bu səbəbdən qənimət kimi götürdüyümüz tankların bir qismi qeyri-döyüş şəraitində əldə olunub. Erməni ekipajları “Bayraktar ТВ2” PUA-larından elə qorxurdular ki, hansısa mövqeyə çıxdıqdan sonra tanklarını tərk edib qaçırdılar”, - dövlət başçısı deyib

“İkinci Qarabağ müharibəsinədək pilotsuz uçuş aparatlarından heç yerdə bu miqyasda və bu qədər effektiv istifadə edilməmişdi. Biz çoxdan, təxminən, 10 il əvvəl PUA almağa başladıq” - deyə, İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Bu, İsrail istehsalı olan zərbə vasitələri idi. Biz onlardan 2016-cı ilin qısamüddətli aprel döyüşləri zamanı istifadə etdik. Bu, Ermənistan tərəfi üçün gözlənilməz oldu. Bayaq dediyimə bir daha qayıdaraq bildirmək istərdim ki, biz həmin vaxt münaqişəni dərinləşdirmək istəmədik, çünki genişmiqyaslı hərbi əməliyyatlar aparmaq niyyətimiz yox idi. Bu səbəbdən hər şey belə tez başa çatdı.

2016-ci ilin aprel ayında “Naqor” PUA-sından istifadə etmişdik. Bundan sonra İsrail istehsalı olan digər pilotsuz uçuş aparatları almağa başladıq. Söhbət kəşfiyyat və döyüş üçün nəzərdə tutulmuş “Sky Striker”, - artıq bu heç kim üçün sirr olmadığından gizlətməyin mənası yoxdur, - və “Orbiter” PUA-larından gedir”, - Prezident deyib.

Dövlət başçısı söyləyib ki, həmin vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ PUA istehsalına başlamamışdı: “Lakin bu baş verdikdən sonra biz “Bayraktar ТВ2” PUA-larının ilk xarici alıcısı olduq. Onlar həm kəşfiyyat fəaliyyətində, həm də dəqiq zərbələrin endirilməsində özlərini yaxşı tərəfdən göstərdilər. “Bayraktar ТВ2” PUA-larına gəlincə, 44 günlük müharibə zamanı onlar daim havada idi. Əlbəttə ki, bəzən hava şəraiti müəyyən çətinlik yaradırdı, lakin əsasən hava aydın olduğundan bu PUA-lardan, bəzi qısa fasilələrlə, demək olar, hər gün istifadə edilirdi”.

Onun sözlərinə görə, strateji hədəflərin, böyük hərbi obyektlərin məhv edilməsində “Harop”dan, hərbi texnika və digər hədəflərə zərbə endirilməsində isə “Bayraktar ТВ2” PUA-larından istifadə edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar