FEMİNİZM VƏ ABU DEPUTATLARI... – Elşad Abdullayevin daha bir “kadrı” diqqət mərkəzinə düşüb

Salyan rayonunun deputatı Jalə Əhmədovanın mətbuata son açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə mövzusuna, bəzi hallarda isə ironiya və lağ mənbəyinə çevrilib.

Xatırladaq ki, feminizm haqqında danışan xanım deputatın “feminizm olan yerdə ruzi-bərəkətin olmadığını” dediyi bildirilir. Lakin sonradan J.Əhmədova belə demədiyini və fikirlərinin təhrif olunduğunu, yanlış başa düşüldüyünü söyləyib ki, bu da Azərbaycan deputatları, siyasətçiləri üçün adət etdiyimiz “normal hal”dır...

Əlbəttə ki, xanım deputatın feminizmlə bağlı açıqlamaları müasir, intellektual, dərin siyasi fəlsəfi və s. yanaşma sayılmasa da, əhalinin böyük kəsiminin, o cümlədən də ümumiyyətlə “feminizm” deyəndə nəyin nəzərdə tutulduğunu düz-əməlli anlamayanların mövqeyilə tam uzlaşır. Lakin Azərbaycan parlamentinin deputatlarının, xüsusilə də ilk dəfə seçilənlərin bəzilərinin ümumi intellekt, savad, siyasi biliklər və təhsil səviyyəsinə nəzər yetirdikdə, J.Əhmədovanın dediklərində qeyri-adi nəsə axtarmağa, yaxud onu tənqid etməyə dəymir...

Ancaq bununla yanaşı, deputatın sonradan eyni mövzu ilə bağlı söylədikləri daha maraqlı görünür. Sitat: “Onların qaldırdığı plakatlarda göstərilən fikirləri, səslənən şüarları hər kəs görüb. Budurmu feminizm? Jalə Əhmədova o fikirləri dəstəkləməlidir? Bunu heç zaman, heç kəs Jalə Əhmədovadan görməyəcək”. Təbii ki, həmin plakatları heç kim dəstəkləmir və bizdəki “feministlər”in ciddi mənada normal feminizmlə heç bir əlaqəsi yoxdur, bu sarıdan deputatın dedikləri doğrudur. Ancaq eyni zamanda, onları dəstəkləməyi də yəqin ki, ondan heç xahiş edən də olmayıb... Buna baxmayaraq, açıqlamasındakı xüsusilə son iki cümlə - “Jalə Əhmədova o fikirləri dəstəkləməlidir? Bunu heç zaman, heç kəs Jalə Əhmədovadan görməyəcək” deməsi belə təsəvvür yaradır ki, Jalə xanım özünün olduqca böyük ictimai-siyasi yükə malik siyasi xadim, hər açıqlamasını, sözünü cəmiyyətin həsrət və diqqətlə gözlədiyi bir siyasətçi olduğunu düşünür. Ola bilər, bəlkə də belədir...

Bu deputatın son zamanlar sosial şəbəkələrdə populyarlaşdığını nəzərə alaraq, istər-istəməz onun tərcümeyi-halına nəzər yetirməli olduq. Məlum oldu ki, bu deputatımız da ilk ali təhsilini cəmiyyətdə pulla diplom satan, saxta, təhsil səviyyəsi aşağıdan da aşağı olan, ümumiyyətlə universitet yox, ticarət, alver obyekti kimi tanınan Azərbaycan Beynəlxalq Universitetində alıb. O universitet ki, onun rektoru Elşad Abdullayev deputat seçilmək üçün Ramiz Mehdiyevin əlaltılarına 5 milyon rüşvət verdiyini etiraf edib və ölkənin hüquq-mühafizə orqanlarının araşdırması, məhkəmənin qərarı ilə dələduzluqda və digər cinayətlərdə ittiham olunub. Və Jalə xanım da bu gün bir çox orqanlarda yüksək vəzifə tutanlar kimi, ali təhsilə və sonrakı karyerasına məhz burada qədəm qoyub. Sonradan Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının I Vitse-Prezidenti də olan J.Əhmədova, ikinci təhsilini artıq Bakı Dövlət Universitetində alıb. Azərbaycanda ikinci təhsil üçün ali məktəbə qəbul test üsulu ilə deyil, bu üzdən çoxlarının ikinci diplomu “ənənəvi” yolla əldə etdiyi heç kimə sirr deyil, təki əlində birinci ali təhsilə dair diplom olsun. Bu xanımın da ikinci təhsili məhz “ənənəvi” yolla aldığını iddia edə bilmərik, ancaq onun karyerası üçün də məhz ABU-nun “tramplin” olduğu şübhəsizdir... 


Deputatların feminizmə fərqli münasibəti, eləcə də parlament seçkilərinin nə dərəcədə şəffaf keçirilməsi və s. kimi mövzuları bir kənara qoyaraq, ABU məsələsi üzərində durmağımız təsadüfi deyil. Məsələ ondadır ki, J.Əhmədova ABU məzunu olan yeganə deputat deyil. Onların arasında polisə kəllə atan Eldəniz Səlimovdan tutmuş Hacı Qalib Salahzadənin deputat oğlu Əliabbas Salahzadəyə qədər, xeyli millət vəkili var. Deputatların hamısının tərcümeyi-halını araşdırmasaq da, artıq indiyə qədər mətbuatda bu mövzuyla bağlı gedən materiallara baxanda, hazırkı parlamentdə 10-a yaxın ABU məzununun oturduğunu deyə bilərik. Bunun özü də son çağırış Milli Məclis barədə müəyyən təsəvvür yaradır...

MDB məkanında adətən ölkə rəhbərləri, siyasətçilər, nazirlər, politoloqlar və s. arasında bilik, təhsil səviyyəsi kriteriyası kimi çox zaman “MQİMO” kimi tanınan, Moskva Beynəlxalq Əlaqələr İnstitutunun məzunu olmaq olduqca prestijli sayılır. Azərbaycan parlamentində isə deyəsən eyni rolu Elşad Abdullayevin ABU-su oynayır. Onda belə çıxır ki, E.Abdullayevi dələduz elan etmək əvəzinə, ona Milli Məclis tərəfindən minnətdarlıq elan olunmalı, hətta onun adıyla bağlı xüsusi guşə açılmalıdır ki, özü deputat ola bilməsə də, parlament üçün çoxlu sayda “kadrlar” yetişdirib...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Tagı Boz qurd 2022-04-06 03:30:24

Bir hüquşünas kimi fəxr edirəm ki, Elşad Abdullayev mənim məllimim olub, HALLDI !

Gülşən 2021-09-26 07:46:11

Bakı Dövlət Universitetinə və digər dövlət universitetlərinə qəbul olub bitirənlər, iki və üç diplomu olanların da bəziləri adi cümlə qura bilmirlər və dünyadab xəbərləri yoxdurs... İmtahanda köçürənlər. Belə hallar hər yerdə ola bilər. Ölkədə özəli bitirənlər həddən artıq çoxdur.

CAVAN 2021-09-25 19:31:28

AZƏRBAYCANI BELƏ DEPUTATLAR XARİCDƏ NECƏ BİABIR ETDİKLƏRİNİ DÜŞÜNƏNDƏ XƏCALƏT ÇƏKİRƏM.BELƏLİNİ AZƏRBAYCAN XALQINA DEPUTAT KİMİ SIRIYANLAR BİZİM DÜŞMƏNLƏRİMİZDİRLƏR.

Ali 2021-09-24 23:33:25

TQDK-nın imtahanından keçmək səviyyəsində biliyi və savadı olmayan abituriyentlərin dədələri ali məktəbə daxil olmaq üçün fırıldaq siçovul tuneli açmış E Abdullayevin yanına gəlirdilər və o da pul alıb həmin korafəhimləri öz universitetinə TQDK-sız qəbul edirdi. Qurtarandan sonra isəo yenə həmin "məzun"lardan əlavə haqq alıb Misirin yanına gedib onlar üçün levi diplomları satın alırdı. Heç kəs yaddan çıxarmasımn ki, Elşadın diplomunu "almış" dahilər sırasında SUPERNAZİr də vadr.

Eli 2021-09-24 22:52:45

Allah Ulu Hüseyn Cavide rehmet eylesin.Beleleti haqda gözel deyib:Derde bax millete bax niyyete bax,ölülerden diriler feyz alacaq.Bunlar hamısı Şeyx Nesrullshlardır.O cümleden tibb institunu it gününe qoysn Yaqub Memmedov ve onabenzerkimiler ki bütün Azerbaycan tanıyır hamısını milletin düşmen kesilenler kimi.Mence bele cılızlar haqqında hö yazmamaq daha düzgün olar.

Araşdırmaçı 2021-09-24 21:02:37

Cəlal müəllim çox düzgün mətləbə toxunub... Təkcə Milli Məclis deyil, məhkəmə sistemində, Ədliyyə Nazirliyi sistemində , Gənclər və İdman İdarəsində və s... Azərbaycan Beynalxalq Universitetini qurtaranlardır... Hakimlərin və Kollegiya sədrlərinin çoxu ABU-nun məzunlarıdır... Araşdırmaq lazımdır.... Görünür Elşad müəllim böyük gücə malikdir, özü deputat ola bilməsədə məzunları yüksək vəzifə sahibidirlər ????

Eli 2021-09-24 19:15:26

Men şexsen bir şeyi baş düşmürem ay qardaş yoldsş Sen rektordan qabaq müellimsen bu çox böyük bir mesuliyyetdir bu ad:”Müellim”Ona göre bu insan heqiqeten müelimdirse heqiqeten Xalqının Fedaisidirse çıxsın meydana daha niye qaçıb xaricde gizlenir ,eger bunun meqsedi xalqı maariflendirmek olunsa..

esger 2021-09-24 17:51:05

Belə deputatların sözündən davranışından heç də təəcüb etmək lazım deyil Bu gün maraq doguran ciddi məsələlərdən biri Milli Məclisdə deputatların qəbul günlərin dayandırılmasıdır Tətil vaxtı gündəmdə qalmaq üçün bəzi deputatlar qazete üz tutub məqalə yazırdı. Aydın məsələdir ki onlar pandemiya dövrü yaşayır Bəs seciçi onlardan vəd etdiklərinin həllini gözləyir Seçicilərin onlara minlərlə sualar var Özüdə hava yaxşı olanda acıq havada seciçilərlə ğörüşlərin təşkilində nə problem var. Axı onların vəzifəsi mütəmadı hesabat vermək. Həm də qapalı məkanlarda sosial məsəfə saglamaqla bu etmək olar Deyəsən bu pandemiya deputatların yaxşı sui istifadə edir.

Aborigen 2021-09-24 17:42:55

Bu Vinq Çun Döyüş Sənəti nə olan şeydir? Yoxsa bu xanım, ALLAH qorusun, güləşçidir?

Mubariz 2021-09-24 17:07:58

Yaxşı ,Elşad dələduzdur ,bəs beş mln. alan kimdir ?

Son yazılar