Menu

İki dövlət qurumu anlaşıb

24.09.2021, 15:35
İki dövlət qurumu anlaşıb

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi S.Mehdiyev və F.Muradov imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, DGK Azərbaycan mədəniyyəti və tarixininin təbliği, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş təbliğat və təşviqat materialları ilə Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim edəcək. Diasporla İş üzrə Dövlət Komitəsiisə həmin materialların xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları və dost ölkələrin diaspor təşkilatlarına çatdırılmasını həyata keçirəcək.

Tərəflər nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı müvafiq mövzu və sahələr üzrə təhlillərin və məsləhətləşmələrin aparılması, işçi qrupların yaradılması, məlumat və təcrübə mübadilələrinin təşkili, habelə fəaliyyət istiqamətlərinə uyğun digər əməkdaşlıq vasitələrindən istifadə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol