Menu

Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var

25.09.2021, 00:37
Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var

Argentinanın Buenos-Ayres əyalətində təyyarə qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə yerli "Todo Noticias" telekanalı məlumat yayıb.

Qəza nəticəsində 2 nəfər ölüb. Təyyarədə başqa sərnişin olmayıb.

İlkin məlumatlara görə, təyyarə aeroklubun ərazisindən qalxarkən Berasategui rayonundakı magistral yolun yaxınlığında qəzaya uğrayıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol