SABİQ NAZİRİN RÜŞVƏTİ HANSI YOLLARLA YIĞDIĞI AÇIQLANDI - 9 milyonu belə toplayıb

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun 9 milyonluq rüşvəti hansı yollarla ələ keçirməsi məlum olub. Musavat.com 11 il azadlıqdan məhrum edilən sabiq nazirin 9 milyonu ayrı-ayrı yollarla neçə ələ keçirməsinin təfərrüatını əldə edib.

Cinayət işi materiallarında göstərilir ki, Əhməd Əhmədov 9 milyonun yarısını DİN-in DYP İdarəsinin Qeydiyyat, İmtahan və Texniki Baxış şöbəsindən alıb.

Belə ki, sürücülük vəsiqəsinin verilməsi zamanı 12060 nəfərdən, avtomobil qeydiyyat nişanı verilmiş 20773 nəfərdən cəmi 4.560.000 manat külli miqdarda rüşvət alıb.

Həmçinin Qeydiyyat, İmtahan və Texniki baxış şöbəsinin texniki müayinə mərkəzində minik, avtobus və yük avtomobillərinin texniki baxış keçirilməsi zamanı 499.238 manat rüşvət alıb.

Əhməd Əhmədovun göstərişi ilə həmin idarənin kamera otağına baxış zamanı sürət həddini aşan sürücülər müəyyən edilib. 2016-2017-ci ildə həmin sürücülərdən 83.070 manat alınıb.

Həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında yerləşən təhlükəsiz şəhər video-nəzarət kameraları yol hərəkəti qaydalarının pozulmasına nəzarət işinə cəlb olunmuş, hər gün 20 yol hərəkəti üzrə qayda pozuntusu aşkar edilib. Bu qayda pozuntularına görə də 240 min manat alınıb.

O da müəyyən edilib ki, Naxçıvan DİN-in Pasport Qeydiyyatı və Miqrasiya şöbəsində təcili pasport almaq istəyən vətəndaşlardan 312.242 manat da rüşvət alınıb.

Cinayət işi materiallarında göstərilir ki, Əhməd Əhmədovun göstərişi ilə 2014-2017-ci illərdə daxili işlər orqanlarının 98 pensiya yaşına çatmış əməkdaşı yüksək dağlıq şəraitə görə vəzifə maaşına əlavələr hesablanan strukturlara və yüksək maaşlı vəzifələrə dəyişdirilib və həmin vəzifələrdə 1 ay işlədikdən sonra yüksək əmək haqqı ilə pensiyaya çıxıblar.

Bununla da sabiq nazir 17 nəfər orta və böyük rəis heyətinin hər birindən 8.000 manat, 81 nəfər sıravi və kiçik rəis heyətinin hər birindən 3.000 manat rüşvət alıb.

O da aşkar edilib ki, Əhməd Əhmədov Daxili İşlər Nazirliyinə polis nəfəri vəzifələrinə xidmətə yol patrul xidməti inspektoru vəzifəsinə işə qəbul zamanı 15.000-22.000 manat, nazirlik və ona bilavasitə tabe olan qurumlara kiçik inspektor vəzifəsinə xidmətə qəbul zamanı hər birindən 10.000 manat, böyük rəis heyəti vəzifəsinə xidmətə qəbul zamanı 15.000-18.000 manat, orta və böyük rəis heyətinə irəli çəkilmə zamanı 1.500 manat pul alaraq xidmətə qəbul edib.

635x100

Şərhlər

Niyaməddin 2021-09-25 23:21:47

Hamısının gözündən gəlsin! Allah lənət eləsin bunlara!

Son yazılar