Menu

"ABŞ Əfqanıstandan nəticəni düşünmədən geri çəkilib" - Lavrov

25.09.2021, 21:36
"ABŞ Əfqanıstandan nəticəni düşünmədən geri çəkilib" - Lavrov

"ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması tələsik və nəticəni düşünmədən verilən qərar olub".

"Report"un TASS-a mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Təəssüf ki, Əfqanıstandan qoşunların geri çəkilməsi düşünülmədən verilən qərar olub. Orada çoxlu silah qaldı, bu silahların qeyri-konstruktiv məqsədlər üçün istifadə edilməyəcəyinə əmin olmaq lazımdır", - Lavrov qeyd edib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda terror təhlükəsi artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol