Menu

"DAYAQ" Xeyriyyə Fondu qazilərlə görüşüb - FOTO

27.09.2021, 17:17
"DAYAQ" Xeyriyyə Fondu qazilərlə görüşüb - FOTO

"DAYAQ" Xeyriyyə Fondu Astarada Vətən müharibəsi qaziləri ilə görüş keçirib.

Bu barədə Rusiyanın Sankt-Peterburq şəhərinin azərbaycanlı deputatı, Fondun sədri Elşən Həmzəyev məlumat verib.

Deputat qeyd edib ki, "Dayaq" Xeyriyyə Fondu 2020-ci ilin aprelində Sankt-Peterburqda yaradılıb. "Biz aprel ayından bu günə kimi Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən təkrarən Astarada qazilərimizlə gorüş təşkil etmişik. Görüşlərdə onların bugünkü aktual problemlərini yaxından araşdıraraq, hər birinə maddi yardım edirik".

Qeyd edək ki, Fondun sədri Sankt-Peterburq şəhərinin deputatı Elşən Həmzəyev, digər üzvlərı və fəalları azərbaycanlı iş adamlarıdır.

Şərhlər

Vüqar Cavadoğlu 2021-12-17 20:31:35

Elşən qardaşımız və onun timsalında bütün Vətəni sevən oğullara can sağlığı işlərində uğurlar arzulayıram

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol