“Gürcüstanda koalisiya hökumətinə ehtiyac var” - Prezident

“Hakim çoxluq tərəfindən formalaşdırılmış hökumətin 9 illik fəaliyyətindən sonra aydın olur ki, koalisiya hökumətinə ehtiyac var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransanın “Le Journal du Dimanche” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, mövqelərin bir-birinə kəskin zidd olduğu halda, koalisiya hökumətinin necə fəaliyyət göstərəcəyini təsəvvür etmək çətindir.

Dövlət başçısı qeyd edib ki, yerli orqanlara qarşıdan gələn seçkilər Gürcüstanda dərin siyasi böhranın başa çatıb-çatmadığını göstərəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar