Məktəb direktoru Vətən müharibəsinin tarixini təhrif etməsinə aydınlıq gətirib

"Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yarandı".

"Report"un xəbərinə görə, bunu Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova deyib.

"Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən müharibəsini” “24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm. Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram", - o vurğulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.

635x100

Şərhlər

Aborigen 2021-09-28 22:42:50

Məncə bunun təzyiqiqalxmayıb, qalxsaydı 44-ü 444 deyərdi. Əgər 44-ü 24 deyibsə, deməli təzyiqi aşağı düşüb.

Vəli 2021-09-28 21:45:12

Qan təzyiqi gün ərzində dəfələrlə qalxıb enə bilər. Direktor vəzifəsi daşıyan adamda da belə hal daha çox ola bilər. Bu konteksdə vay 217 nömrəli məktəbin müəllim və şagirdlərinin halına. Bir xəstəyə görə bir məktəbin təhsilini güdaza verirlər. Onda gərək Şeyximizdə deyə bilər ki təzyiqim qalxmışdı deyə " iranın fitvası " məsələsini soxuşdurmuşam, xəbərim olmayıb. Cavab: Canınız çıxsın təzyiqiniz var qazılıb oturun xarabanızda.Ya da təzyiqiniz qalxanda dilinizi soxum qarınınıza....

Hərbi pensiyaçı 2021-09-28 18:57:23

Bu müəllimə tədbir keçirolənə qədər bilmirmiç ki, Vətən müharibəsi nə vaxt başlayıb nə vaxt qurtarıb. Çıxışa hazırlaşan adam heç olmazsa zapiska hzırlayır və əsas məqamları orada qeyd edir. Qohum, quda, podruqa və s. Görə təyin olunan direktorların hamısı bu gündədir. Bu müəllimə şəhidlərin ruhuna ən azı laqeyd münasibət göstərib və cəzalandırılmalıdır. Ən yaxşısı öz ərizəsi ilə getməkdir. Onda azacıq da olsa hörmətli qalar, şəhid anaları onu bağışlayar. a

Son yazılar