Menu

Sumqayıtda qəsdən adam öldürməyə cəhd edən şəxs tutulub

30.09.2021, 10:37
Sumqayıtda qəsdən adam öldürməyə cəhd edən şəxs tutulub

Sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol