"“Meliorasiya və Su Təsərrüfatı" ASC-nin gördüyü işlər o dərəcədə də ürəkaçan deyil”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib.
Deputat ölkədə su sahəsində problemlərlə bağlı dinləmələrin keçirilməsini təklif edib: “Ölkədə bir çox yerlərdə kollektorlar təmizlənmir. Bu isə şoranlaşmaya səbəb olur. Aidiyyəti qurumların rəhbərlərinin Milli Məclisə dəvət edilməsi və dinləmə keçirilməsi vacibdir”.


Şərhlər
Su Meliorasiya Komitəsinin keçmiş sədri Əhməd Əhməzadəni dəvət edin o dinləmələrə.Qoy o sahədən oğurladığı milyardları gətirsin qaytarsın büdcəyə,büdcədən yenidən o sahələrin inkişafına ayrılsın.Dünyanın hər bucağında onun milyardları var.Jalə xanım siz bunu çox gözəl bilirsiz ki ,bu məmurlar Prizidenti aldadıblar.Su Meliorasiya sahəsində olan texnika və avadanlıqların çoxu Sovet dövründən qalıb.Hacıbaladan da milyardları tələb edin Şəhər Təsərrüfatını düzəltsin.Qaxın İlisu kəndində topdağıtmaz villasında gizlənir.Özünü də qoyub dəliliyə.