Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu gün Avropa Liqasında növbəti oyununda İngiltərənin “Lester Siti” klubuna minimal hesabla qalib gəlib.
Oyunda yeganə qolu start heyəyətdə meydana çıxan Mahir Emreli görüşün 31-ci dəqiqəsində vurub.
Beləliklə, 24 yaşlı hücumçu komandasına vacib qələbə qazandırıb.
Mahir Emreli matçın 83-cü dəqiqəsində əvəzlənib. O, meydanı tərk edərkən rəqib futbolçusu Meddinsonla mübahisə edib və hakim hər iki oyunçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, ilk turda Moskva “Spartak”ını 1:0 hesabı ilə məğlub edən “Legiya” hazırda altı xalla C qrupunda liderdir.


Şərhlər
Afərin sənə Mahir! Daim başımızı uca tut!