SAAKAŞVİLİ GÜRCÜSTANA QAYIDIB? - "Həyatımla, azadlığımla risk etdim..." + VİDEO (Yenilənib)

Xəbər verildiyi kimi, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz feysbuk səhifəsində Gürcüstana qayıtdığını elan edib. Sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı.

Lakin Saakaşvili gözlənilmədən Batumidə peyda olub. “AzPolitika.info” xəbər verir ki, eks-prezident feysbuk səhifəsində paylaşdığı və Batumidə olduğunu təsdiq edən videoda deyib: “Bu, mənim Batumimdir. Ayın 2-də hamımız seçkiyə getməli və “Milli Hərəkat”a (Saakaşvilinin partiyası-red.) səs verməliyik, heç bir halda İvanişviliyə (Hakim partiyanın yaradıcısı olan oliqarx Bdzina İvanişvili-red.) və Qaxariyaya (sabiq baş nazir Qeorqi Qaxariya-red.) yox.

Əgər “Milli Hərəkat”dan xoşunuz gəlmirsə, nisbətən kiçik və düzgün partiyalara səs verin. Mən bu yerlər üçün çox darıxmışdım, bu gün mənim arzumun yerinə yetdiyi gündür. Mən hər şeyimlə, həyatımla, azadlığımla risk etmişəm ki, burada olum. Sizdən isə yalnız bir şeyi xahiş edirəm – seçkiyə gəlin!”

Saakaşvilinin gecə paylaşdığı videoda dəniz və Batumidəki binalara bənzəyən tikililər görünür. Rusiya mətbuatı böyük ehtimalla videonun Batumidə çəkildiyini təsdiqləyir. Sabiq prezident əhalini oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkidə iştirak etməyə dəvət etməklə yanaşı, Tbilisidə oktyabrın 3-nə təyin etdiyi mitinqə də qatılmağa çağırıb: “Bu gün bizdə peyvəndləmə olsaydı, covid olmazdı və belə çoxlu sayda insan ölməzdi. Bu yerlər üçün çox darıxmışdım, mənim arzularım o zaman tam yerinə yetəcək ki, Gürcüstan ayağa qalxacaq…”

Saakaşvili əlavə edib ki, təyin etdiyi mitinqə 100 min insan toplaşsa, bu, böyük uğur olacaq. Maraqlıdır ki, sabiq prezidentin partiyası onun Gürcüstanda olduğuna dair rəsmi açqlama verə bilməyəcəyini bəyan edib.

Gürcüstan Daxili İşlər Nazirliyi isə Saakaşvilinin rəsmi qaydada ölkə sərhədlərini keçmədiyini bildirib. Bu, o deməkdir ki, sabiq prezident böyük ehtimalla ölkəyə qaçaq yolla daxil ola bilib.

Xatırladaq ki, Gürcüstanın rəsmi orqanları 2013-cü ildən ölkəni tərk edən və 2015-ci ildə gürcü vətəndaşlığı alınan Saakaşvilinin ölkəyə gələn kimi həbs olunacağını dəfələrlə bəyan edib.

***

Sabiq Prezident Mixeil Saakaşvili Gürcüstan sərhədini keçməyib. 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

***

“Sabahın xeyir Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, sabiq dövlət başçısının oktyabrın 2-də Gürcüstana gedəcəyi gözlənilirdi. O, həmin tarixə Tbilisiyə bilet almışdı.

Biraz əvvəl yayımladığı videoda isə Batumidə olduğunu bildirib.

Eks-prezident feysbuk səhifəsində Gürcüstanda olduğunu təsdiq edən video da paylaşıb.

Videoda Batumi şəhəri əks olunub.

“Bu, mənim Batumimdir... Həyatımla risk edib buraya gəldim”, - o yazıb.

M.Saakaşvili hamını sabah keçiriləcək yerli seçkilərdə iştiraka, oktyabrın 3-də isə mitinqə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar