Menu

Azərbaycan nefti yenidən bahalaşıb

01.10.2021, 10:49
Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,36 ABŞ dolları, yaxud 0,45 % artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 80,44 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol