"Azərbaycanda yaşı 65-dən yuxarı olanların sayı 7 faizə yaxındır” - Fərqan Abbaszadə

“Azərbaycanda yaşı 65-dən yuxarı olanların sayı 7 faizə yaxındır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə bildirib.

Onun sözlərinə görə, dünyada gedən tendensiyalar, yaşlı şəxslərin informasiya texnologiyalarından, elektron səhiyyə sistemindən istifadəsi onlar arasında uzunömürlülüyü çoxaldacaq. Beləliklə, yaşlı şəxslərin ölkədə və dünyada əhali arasında çəkisi artacaq: " Azərbaycan cəmiyyətində yaşlı şəxslərə dövlət dəstəyi, rəğbət hər zaman yüksək olub. Bu gün keçirilən sərgi də yaşlıların fəal və sağlam həyat tərzinə həsr olunub. Fəal yaşlanma layihəsi Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Fotosərgi 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunub. Layihə yaşlıların gündəlik həyatına təsirə malik olan sosial xidmətlər komponentidir. Yaşlıları cəmiyyətin həyatında fəal iştirak etməyə dəvət edir. Burada 80 min ahıl şəxs müxtəlif təlimlərə, tədbirlərə dəvət olunur, bununla cəmiyyətin əhəmiyyətli hissəsi olduqları göstərilib. 100-ə yaxın yaşlı insan bir çox təlimlərdə gənclərlə həyat təcrübəsini bölüşüb. Yaşlılar cəmiyyətin qayğısını və bizim diqqətimizi hiss etməlidirlər. Gələcəkdə dövlətin siyasətində fəal yaşlanma indeksini müəyyən etmək çox vacib olacaq".

635x100

Şərhlər

Əlican 2021-10-01 14:31:19

yaşlı nəslə münasibətiniz onların pensiyalarını kəsməyinizdən bəllidir "malades"

Bashirov Qarib 2021-10-01 13:08:07

Yaşlılara qayğı onlara verilən 130 man. təqaudlə ifadə edilir.Dövlət öz öhdəliklərindən imtina edib.

Son yazılar