Menu

"Bu cür müəllimlər millətə nə qədər böyük zərər vururlar" - Qənirə Paşayeva

01.10.2021, 13:57
"Bu cür müəllimlər millətə nə qədər böyük zərər vururlar" - Qənirə Paşayeva

"Diaqnostik qiymətləndirilmə ilə bağlı keçirilən imtahanlarda öz ixtisasından aşağı bal toplayan müəllimlərin varlığı bir sıra məktəblərimizdə təhsilin keyfiyyətinə mənfi təsir göstərir".

"AzPolitika.info" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Tovuzda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdə deyib. 

“Bu cür müəllimlər anlamalıdırlar ki, millətə nə qədər böyük zərər vururlar. Onlar ya öz üzərlərində ciddi çalışıb yaxşı müəllim olmaq üçün gecə-gündüz məsuliyyətlə işləməlidirlər, ya da məktəblə könüllü şəkildə vidalaşmalıdırlar. Öz fənnindən həddindən aşağı az bal toplayan müəllimlərə məktəbdə yer olmamalıdır”,-deyə millət vəkili vurğulayıb.

Qənirə Paşayeva həmçinin Tovuzun ən yaxşı məktəblərindən olan Bozalqanlı kənd məktəbinin ciddi təmirə ehtiyacı olduğunu deyib.

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2021-10-01 14:29:45

Heç bir müəllim tədris etdiyi fənni pis bilmir.Sadəcə olaraq,pul hərisi olan təhsil idarələri tapmaca suallarla müəllimləri çətin duruma salırlar.Necə ola bilər ki,20 il bir fənnən dərs deyən müəllim ixtisasını bilməmiş olsun?Krukulium deyilən əsassız bir təhsil metodunu kimlərsə qrant almaq məqsədi ilə Azərbaycana gətirdilər.Tədrisi səthi aparmağa yönəldən bu sistem heç kimə lazım deyil.11 illik təhsil sistemi də yarıtmazdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol