Menu

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub

02.10.2021, 13:02
Marneulidə azərbaycanlı namizədlər arasında dava olub

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində 48 saylı seçki məntəqəsinin qarşısında qarşıdurma olub. “Report”un yerli bürosu xəbər verir ki, insidentə səbəbin seçki saxtakarlığının olduğu bildirilir.

Gürcü Arzusu Partiyasının namizədi Ceyhun Çovdarov müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Hacımurad Muradovu döyüb. O, xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol