Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bir sərbəst güləşçimiz yarımfinala vəsiqə qazanıb.
Oxu.Az-ın xəbərinə görə, bu, Əbubəkr Abakarovdur. Dağıstan əsilli güləşçimiz Almaniya (7:0), Ukrayna (13:2) və Gürcüstandan (10:2) olan rəqiblərinə qalib gələrək buna nail olub. Onu yarımfinalda Deyvid Teylorla (ABŞ) görüş gözləyir.
Kənan Heybətov Ukraynadan olan rəqibinə 4:5 hesabı ilə uduzub. Coşqun Əzimov Keniyadan olan rəqibinə 10:0 qalib gəlsə də, 1/8 finalda Belarusu təmsil edən güləşçiyə son xal prinsipi ilə yenilib (2:2).


Şərhlər