Menu

ABŞ Britaniyada 27 beşinci nəsil qırıcı təyyarə yerləşdirəcək

03.10.2021, 09:12
ABŞ Britaniyada 27 beşinci nəsil qırıcı təyyarə yerləşdirəcək

Birləşmiş Ştatlar qarşıdakı aylarda Böyük Britaniyadakı Leykenhit aviabazasında 27 ədəd beşinci nəsil “F-35A” qırıcılarından ibarət eskadron yerləşdirməyə başlayacaq.

“Report” xəbər verir ki, bunu təyyarələrin yerləşdiriləcəyi 495-ci eskadriliyanın komandiri podpolkovnik Ayan Maklaflin deyib.

Bu təyyarələrin ABŞ xaricində ilk daimi bazası olacaq. Leykenhit aviabazası Londondan 113 kilometr şimal -şərqində yerləşir. Hazırda orada “F-15” qırıcıları var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol