Menu

Gürcüstanda 20 şəhərdə mer seçkilərinin ikinci mərhələsi keçiriləcək

03.10.2021, 11:46
Gürcüstanda 20 şəhərdə mer seçkilərinin ikinci mərhələsi keçiriləcək

Gürcüstanda paytaxt Tbilisi daxil olmaqla, azı 20 şəhərdə mer seçkilərin ikinci mərhələsi keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu, səsvermə bülletenlərinin təxminən 40 %-nin hesablanmasından sonra məlum olub.

İlkin məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası 64 şəhərin yalnız 44-də səs çoxluğu qazanıb.

Gürcüstan qanunvericiliyinə əsasən, seçkilərin II mərhələsi I mərhələdən 4 həftə sonra şənbə günü – oktyabrın 30-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol