Menu

Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik edib

03.10.2021, 12:05
Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi türkdilli ölkələri 3 oktyabr - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü - Türkdilli Ölkələrin Əməkdaşlığı Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, nazirlik bu barədə özünün tvitterdəki səhifəsində təbrik yayıb.

“Bütün türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik”, - təbrikdə qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol