Menu

Rusiyada üç tələbə qızın qətlində şübhəli bilinən şəxs saxlanılıb - FOTO

03.10.2021, 22:33
Rusiyada üç tələbə qızın qətlində şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində polislər üç tələbə qızı öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb. Cinayət törətməkdə şübhəli bilinən şəxs avtomobil oğurlamağa cəhd edərkən saxlanılıb.

Qeyd edək ki, sentyabrın 30-da Orenburq vilayətinin Qay şəhərində yanmış bir mənzildə çoxsaylı bıçaq yaraları olan iki qızın cəsədi tapılıb. Üçüncü qurbanın cəsədi isə həyətdə tapılıb.

17, 18 və 19 yaşlarında olan qızlar tibb kollecinin tələbələri olub və kirayədə bir yerdə qalıblar.

Cinayətin törədildiyi yerdə mətbəx bıçağı da tapəlıb.

Mənbə: “RİA Novosti”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol