Menu

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən yol qəzasında ölüb

04.10.2021, 08:42
Məhəmməd peyğəmbərin karikaturalarını çəkən yol qəzasında ölüb

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif Lars Vilks və onun mühafizəçisi - iki polis əməkdaşı - bazar günü İsveçin cənubunda Krunoberq əyalətinin Markarud kəndi yaxınlığında yol qəzasında ölüb.

APA xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Bildirilib ki, L.Vilksin və mühafizəçilərin olduğu maşın yük avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yanıb.

Yük maşını sürücüsü ağır yaralanıb. Qəzanın necə baş verdiyi barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, müəllifin peyğəmbələ bağlı çəkdiyi karikaturalar 2007 -ci ilin noyabr ayında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunub. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub.

Şərhlər

Niyaməddin 2021-10-04 16:59:15

Allah ən böyükdür! Heç şübhəsiz bütün zalımların belini qıracaq. Əziz peyğəmbərimizə və digər peyğəmbərlərə dil uzatmaq ən böyük günahlardan biridir. Allah bütün cəmiyyətləri islah eləsin.

Xalq 2021-10-04 11:41:52

cəhənnəmə vasil oldu!

Mubariz 2021-10-04 09:45:51

Ölmek yaxsi seydi.Əbedi cehenneme gedib.Masinda yandi odu gordu.O dunyada ise ebedi odda yanacaq

İsmayıl 2021-10-04 09:31:37

Haqq etdiklərinə qovuşdular,ağıllı olun ey insanlar ağıllı olun. Peyğəmbərə dil uzatmaq,ona buna dil uzatmağa bənzəməz.İbrət alın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol