Menu

Saakaşvili İvanişvilini diktatura qurmaqda ittiham edir

26.10.2014, 22:07
Saakaşvili İvanişvilini diktatura qurmaqda ittiham edir

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkədə siyasi böhranın yaşandığını və Gürcüstanın oliqarx Bidzina İvanişvili tərəfindən özəlləşdirildiyini iddia edir. Bu barədə o «Rustavi-2» telekanalına müsahibəsində deyib. «İvanişvili əyalət diktaturası qurub və Gürcüstanı özəlləşdirib. Klassik siyasət ləğv edilib və xalqın hakimiyyətə inamı itib», - deyə keçmiş prezident bildirib.

Saakaşvili hesab edir ki, 2016-cı ildə hazırkı hakimiyyət demokratik seçkilərə imkan verməyəcək. «İvanişvili seçki sistemini ləğv edib, hər şeyə yuxarıdan aşağı baxır. O hakimiyyətin seçki yolu ilə dəyişməsinə imkan verməyəcək. Ölkənin böhrandan çıxması üçün xalqın siyasətçiləri dəstəkləməsinə ehtiyac var. Bunun əksi olmamalıdır», - deyə Saakaşvili qeyd edib.

azadlıq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol