Menu

Flora Kərimovaya “Şərəf” ordeni təqdim olunub - FOTO

05.10.2021, 17:55
Flora Kərimovaya “Şərəf” ordeni təqdim olunub - FOTO

Bu gün Milli İncəsənət Muzeyində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşının və bir sıra incəsənət xadiminin mükafatlarının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycanın Xalq artisti Flora Kərimova “Şərəf” ordeni təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol