Menu

"NATO-nun strateji konsepsiyası yeni təhlükələri nəzərə alacaq" - Blinken

06.10.2021, 09:20
"NATO-nun strateji konsepsiyası yeni təhlükələri nəzərə alacaq" - Blinken

NATO-nun strateji konsepsiyasında yeni çağırışlar və təhlükələr nəzərə alınacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken "Fransa 2" telekanalına müsahibəsində Fransa Prezidenti Emmanuel Makronun NATO-nun 2019-cu ilin noyabrında "beyin ölümü" ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Blinken qeyd edib ki, Makronun sayəsində NATO-nun konsepsiyasında çox iş görülüb.

Söhbət NATO-nun 2030-cu il üçün hazırlanan strateji konsepsiyasından gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol