Menu

Fransada kilsələrdə 216 min uşaq cinsi istismara məruz qalıb - Roma Papasından biabırçı etiraf

06.10.2021, 10:00
Fransada kilsələrdə 216 min uşaq cinsi istismara məruz qalıb - Roma Papasından biabırçı etiraf

Roma Papası Fransisk kilsədə cinsi təcavüzü araşdıran müstəqil komissiyanın yaydığı hesabata münasibət bildirib.

Qeyd edək ki, kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatına əsasən, Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb.

Roma Papası Fransisk Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatın məzmunundan dərin mənəvi əzab keçirdiyini vurğulayıb.

Bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlama verib.

Xatırladaq ki, 1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb.

2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub. ( “RİA Novosti”)

Şərhlər

Niyaməddin 2021-10-06 13:01:41

Şərəfsizlər!

Bəhi 2021-10-06 10:38:53

Görəsən, bu tolerant, multikultural, sivil və beynəlxalq qayğıkeş ölkənin prezidenti Makronun və prezidentliyə namizəd Annın bu hallara münasibətləri necədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol