Menu

24 bank maliyyə böhranına tab gətirə bilməyəcək

27.10.2014, 09:45
24 bank maliyyə böhranına tab gətirə bilməyəcək

Sınaqdan uğursuz çıxan banklar arasında İtaliya banklarının sayı daha çoxdur

Avropada bankların daha bir maliyyə böhranına olan müqaviməti sınaqdan keçirilib.

ANS PRESS-in məlumatına görə, 123 bankda aparılan yoxlamalar zamanı məlum olub ki, avrozonanın 24 irihəcmli bankı maliyyə böhranına tab gətirə biləcək gücdə deyil.

Avropa Mərkəzi Bankı bu barədə açıqlama verib. Sınaqdan uğursuz çıxan banklar arasında İtaliya banklarının sayı daha çoxdur.

Mərkəzi Bank rəhbərliyi 9 İtaliya bankının adını defisitli banklar siyahısına daxil edib. Həmçinin, 3 yunan, 3 Kipr, 2 Belçika və 2 Sloveniya bankları da siyahıda yer alır.

Maliyyə vəziyyəti ən pis olan bank İtaliyanın "Monte dey Paski" bankıdır. Bu bankın 2.6 milyard dollar kəsiri var.

Ümumilikdə, 24 bankın kapital defisiti 25 milyard dollar təşkil edir.

Avropa Mərkəzi Bankı sözügedən banklara vəziyyətdən çıxış yoluna dair plan təqdim etməsi üçün 2 həftə vaxt verib.

Kəsirli banklar siyahısında Böyük Britaniya bankları yer almayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol