Menu

"Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması əsas prioritetimiz olacaq" - Aİ rəsmisi

06.10.2021, 14:52
"Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması əsas prioritetimiz olacaq" - Aİ rəsmisi

"Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması bizim əsas prioritetimiz olacaqdır. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaqdır".

"Report"un xəbərinə görə, bunu oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

"Avropa İttifaqı "Şərq tərəfdaşlıq" proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz gözlənilən "Şərq tərəfdaşlığı" sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik", - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol