Menu

Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

06.10.2021, 16:06
Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 6-da Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirlərin keçirdiyi brifinqdə bildirilib.

Əmirabdullahianın sözlərinə görə, Cənubi Qafqazda onları narahat edən məsələləri rusiyalı həmkarı ilə müzakirə edib: “Fikrimcə, İranın qonşuları bizim regionun çiçəklənməsinə və inkişafına istiqamətlənən siyasətimizi pozitiv qarşılamalıdır”.

Sergey Lavrov iranlı həmkarı ilə başqa məsələlərlə yanaşı “3+3” formatını da müzakirə etdiklərini bildirib: “Biz “3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik. İranlı dostlar məsələni pozitiv qarşılayıblar. Oxşar münasibəti Azərbaycan və Türkiyədə də müşahidə etmişik. Bu istiqamətdə erməni həmkarlarımızla işləyirik”.

Onun sözlərinə görə, Gürcüstan da bu mexanizmdə özünün əsaslı maraqlarını görə bilər.

Şərhlər

Eli 2021-10-06 16:26:31

Bu İran resmileri hele de başa düşmeyibler ki,”Поезд уже ушол» .Bundan sonra bunlar ne isyeyir özleri bilmir.Bu İrzn dövlet resmileri qalıblar SEPAH-ın elinde hansı ki bu ölkede güclğ iqtısadi,herbi ve siyasi potensiala malikdir ki istediyi vaxt mollaların axırına çıxmaq imkanlarına malikdirler ,sadece xalqdan ehtiyat edirler.Yoxsa kimdir Xameneyi -eslini ,milliyyetini,kökünü danan,mescidindr donuz saxlayan xristian ermeniye qucaq açan ,görüşüb öpüşen,ancaq Quzey Azerbaycandakı doğma tüfk-azerbaycanlı qardaşlarına buynuz gösteren farsın elaltısı olan birisi ki gelecekde etdiyi emellerine göre öz xalqı qarşısında cavab vermeli olacaq.Bir de bu öz xalqına ne efib ki bize me etsin bunların Allahı Puldur Pul.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol