Menu

Bitkoinin qiyməti 55 min dollara yaxınlaşıb

06.10.2021, 18:11
Bitkoinin qiyməti 55 min dollara yaxınlaşıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 55 min ABŞ dollarına yaxınlaşıb.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 8,6%, son 7 gün ərzində isə 29,47 % bahalaşaraq 54,37 min ABŞ dollarına satılıb.

Nəticədə onun kapitallaşması yenidən 1 trilyon dolları keçib.

Bazar payına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,98 % artaraq 3,56 min dollar təşkil edib.

Kriptovalyuta bazarının toplam dəyəri isə 2,3 trilyon dollara çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 17:44-ə olan məlumatları aşağıdakı kimidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol