"18 OKTYABR DA QEYRİ-İŞ GÜNÜ ELAN OLUNMALIDIR..." - "28 may tarxinin Müstəqillik Günü adlandırılması..."

"Mən bu dəyişikliyi müsbət qiymətləndirirəm. Doğrudur, hamı bilir ki, Respublika Günü özündə istiqlaliyyəti, müstəqilliyimizi ehtiva edir. 28 may tarixinin Müstəqillik Günü adlandırılması ədalətin, tarixi proseslərin olduğu kimi fiksasiya olunmasıdır".

Bunu "AzPolitika.info"-ya açıqlamasında professor Qulu Məhərrəmli Milli Məclisə bu barədə göndərilən təklifə münasibət bildirərkən deyib.

Qanunvericiliyə ediləcək dəyişikliyə görə, Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Amma 18 oktyabr tarixi yenə də iş günü olacaq.

Q. Məhərrəmlinin sözlərinə görə, sözügedən dəyişikliklər ölkədə hansı bayram olduğunu dəqiq ifadə edir: "Müstəqilliyimiz bir dəyər kimi insanların canına, qanına hopub. Ona görə də hamını birləşdirən dəyər kimi müstəqilliyimiz önə çəkilir. Bu dəyişikliyi hüquqi, siyasi baxımdan doğru addım olduğunu hesab edirəm, təqdir edirəm, alqışlayıram".

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli isə "AzPolitika.info"-ya açıqlamasında bildirdi ki, bu dəyişiklik prinsipial əhəmiyyət daşımır: "Biz o zaman təklif etmişdik ki, 28 may respublikanın qurulması tarixidir və Respublika Günü kimi qeyd olunsun. Əslində bu gün elə müstəqilliyin elan olunduğu tarixi ehtiva edir. Hesab edirəm ki, 18 oktyabr - Müstəqilliyin Bərpası Günü də bayramla yanaşı qeyri-iş günü elan olunmalıdır. Bu hadisə mühüm tarixi nailiyyətlərimizdən birini ifadə edir".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar