Menu

Kənd Təsərrüfatı Nazirliyinin funksiyaları artırılıb

07.10.2021, 14:25
Kənd Təsərrüfatı Nazirliyinin funksiyaları artırılıb

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 20 aprel 2005-ci il tarixli fərmanında dəyişiklik edib.

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsəsən, nazirliyin funksiyaları artırılıb. Yeni funksiyalar aşağıdakılardır:

- seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” qanunla müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil etmək və onların icrasına nəzarəti həyata keçirmək;

- Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçiləri təsviri və təchizat norması Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə təmin etmək.

Şərhlər

İMRAN 2021-10-07 16:03:03

Kənd təsərrüfat nazirıiyi aqrar xidmətlər qurumu olam halda kazımsız bir nazirikdir. Ləğb edilməlidir.Dövət büdcəsini belə lazımsız qurumlara səyf etməl cinayəydir.

Təklif 2021-10-07 15:59:20

Torpaqlar dərsi dahibkarlarfa olduğu halda,kənd təsərrüfatını bütün dahələti sahibkarların ictiyarında lduğu halda bu nazirliyin mənası anlaşılan deyoı.Yaxşı olar ki,bu nazirliyi ləğx edib əxəzibdə kəns təsərrüfatı dahibkarlarına yardım MMC yaradılsın.Bu daha qənaətlii və nəticəli olar.təbt f

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol