Nazir Ramiz Zeynalovun bacısı oğlunu işdən çıxardı

Tovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur. ( Unikal.org)

635x100

Şərhlər

Eli 2021-10-08 22:44:02

Mahir müellim hereniin öz monopoliyası var ГАИ meselesi konkrtet Tovuzluların monopoliyasındadır ve bunu hamı Azerbaycanda qebul edir burda teeccublü heç ne yoxdur be heleki beledir “neyliyek,ne qayıraq” bax bu sonranın işidir.

Mahir 2021-10-08 15:12:29

Nazir düz iş görməyib. Bu doğru olmadı. Belə yaramaz axı. Çünki bu zümrənin adamları ölənə kimi vəzifədə olmalıdır. Öləndən sonra da balalarına verilməlidir. Axı cənab nazir niyə haqsızlığa yol verib. Bu qədər də haqsızlıq? Aglasıgmazdır. Çox təəccübləndim, təsirləndim və şəkərim qalxdı.

Son yazılar