Menu

İranın ilk prezidenti Parisdə vəfat edib

09.10.2021, 14:22
İranın ilk prezidenti Parisdə vəfat edib

İranın ilk Prezidenti Əbülhəsən Bənisədr bu gün Parisdəki xəstəxanalardanbirində 88 yaşında vəfat edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, məlumatı sabiq dövlət başçısının ailəsi yayıb.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Bənisədr 1979-cu ildə islam inqilabı nəticəsində iqtidara gələn ruhanilərin dəstəyilə 1980-ci ildə İranın ilk prezidenti seçilsə də, ona qarşı çıxan radikal islamçı zümrənin təzyiqilə elə növbəti il hakimiyyətdən gedib. O, ölkəni tərk etmək məcburiyyətində qalıb.

Sabiq Prezident Fransaya köçüb həyatının qalan hissəsini Parisdə yaşayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol