Menu

Bakıda mənzildə 86 yaşlı qadın meyiti aşkarlanıb

09.10.2021, 17:59
Bakıda mənzildə 86 yaşlı qadın meyiti aşkarlanıb

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1935-ci il təvəllüdlü Kazımova Əzizə Ağahüseyn qızının meyiti aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol