Menu

Qətərdə “Taliban”ın formalaşdırdığı hökumətlə ABŞ arasında vacib görüş

09.10.2021, 23:49
Qətərdə “Taliban”ın formalaşdırdığı hökumətlə ABŞ arasında vacib görüş

“Taliban” tərəfindən formalaşdırılan Əfqanıstanın yeni hökumətinin nümayəndələri Qətərdə ABŞ nümayəndə heyəti ilə görüş keçiriblər.

Görüş zamanı münasibətlərdə yeni səhifənin açılması, Əfqanıstana humanitar yardım və Dohada imzalanmış sülh müqaviləsinə əməl edilməsi kimi məsələlər müzakirə edilib.

Sözügedən görüş “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra ilk olub. Həmçinin Qətərə səfər də yeni hökumətin ilk xarici səfəri kimi əlamətdar olub.  ( RİA Novosti)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol