Menu

YOLUXMA SAYI YENƏ 1000-NİN ÜZƏRİNƏ ÇIXDI - Koronavirus statistikası

10.10.2021, 17:41
YOLUXMA SAYI YENƏ 1000-NİN ÜZƏRİNƏ ÇIXDI  - Koronavirus statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 032 yeni yoluxma faktı qeydə alınıb, 1043 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 179 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 023 nəfər müalicə olunaraq sağalıb, 6 664 nəfər vəfat edib. 12 492 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 385, bu günə qədər isə ümumilikdə 4 952 737 test icra olunub.

Şərhlər

mamed 2021-10-11 09:11:54

Cehenneme cixsin neyneyek?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol