Menu

Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 34-ə çatıb

10.10.2021, 20:52
Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 34-ə çatıb

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içkidən kütləvi zəhərlənmə nəticəsində daha iki nəfər həyatını itirib, bununla da ölənlərin sayı 34-ə çatıb.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə yerli icra orqanının mətbuat xidmətindən bildirilib.

“10 oktyabr saat 19:00-a olan (Bakı vaxtı ilə 18:00) məlumata görə, bölgədə saxta alkoqollu içkidən 67 nəfərin zəhərləndiyi məlumdur, onlardan 34-ü ölüb. 24 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti qənaətbəxş, 6-sı evə buraxılmağa hazırlaşır, 2-nin vəziyyəti orta ağır, 7-nin vəziyyəti ağır, 4-ü süni tənəffüs aparatında qoşulub. 9 nəfərə ambulator müalicə göstərilir”, - mətbuat xidmətinin məlumatında belə deyilir.

Kütləvi zəhərlənmə faktı ilə bağlı 10 nəfər saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol