Menu

PKK/YPG Suriyanın Afrin bölgəsinə hücum edib - 3 dinc sakin ölüb, 10-u yaralanıb

11.10.2021, 16:59
PKK/YPG Suriyanın Afrin bölgəsinə hücum edib - 3 dinc sakin ölüb, 10-u yaralanıb

Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Afrin bölgəsində terrorçu PKK/YPG qruplaşmasının bomba yüklənmiş avtomobili partlatması nəticəsində 3 dinc sakin ölüb, 10-u yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Hatay əyaləti valiliyinin yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, yaralılar ərazidəki hospitala yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” antiterror əməliyyatı keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol