Menu

Pakistan kəşmirliləri dəstəkləməkdə davam edir - Hindistanla mübarizədə

12.10.2021, 10:37
Pakistan kəşmirliləri dəstəkləməkdə davam edir - Hindistanla mübarizədə

Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi bəyan edib ki, Pakistan Hindistanla mübarizədə kəşmirliləri dəstəkləməkdə davam edir.

Bu barədə oktyabrın 11-də «Pakistan Radiosu» xəbər verib.

Şah Mahmud Kureşi bəyan edib ki, Pakistan Hindistanla mübarizədə kəşmirlilərin öz müqəddəratını təyin etmək yolunda siyasi, diplomatik və mənəvi haqqını dəstəkləmək niyyətindəddir. Onun sözlərinə görə, Pakistan Hindistan ordusunun Cammu və Kəşmir ştatlarında fəaliyyətinə qarşı hər forumda səsini ucaldacaq.

Pakistan XİN başçısı qeyd edib ki, indi Kəşmir münaqişəsi regional yox, qlobal problemdir və onu BMT qətnamələrinə uyğun həll etmək lazımdır. O, həm də Cammu və Kəşmirdə insan haqlarının pozulmasına son qoymaq və kəşmirliləri Hindistan işğalçı qüvvələrinin təcavüzündən xilas etmək üçün beynəlxalq birliyə çağırış edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol