Deputat Tahir Kərimli parlamentdə çıxışı zamanı hökumətin iştirakı ilə büdcə müzakirələrinin olacağını xatırladıb.
Modern.az xəbər verir ki, deputat hökumət üzvlərini bəzi məsələlərlə bağlı tənqid edib:
"Hökumət üzvləri iclasda iştirak edərkən çıxışlara, qaldırılan problemlərə ənənəvi biganəlik göstərəcəklər. Hərdən hökumət üzvləri başını qaldırıb sağa baxacaq, sanki Tahir Kərimlini növbəti dəfə “QAİ” saxlayıb. Səhiyyədən danışacağıq, səhiyyə naziri cavab verməyəcək, təhsildən danışacağıq, təhsil naziri cavab verməyəcək. Balam, Prezident səni vəzifəyə qoyub, üzərinə düşənləri et, islahatlar keçir! Sənə deməyib ki, get, 190 min ailənin pensiyasını kəs! Nə vaxta kimi Prezidentin arxasında gizlənəcəksiniz, nə vaxta kimi xalqdan qaçacaqsınız?!”
T.Kərimli hökumət üzvlərinin qaldırılan məsələlərin əksini etdiyini də vurğulayıb:
“Təklif edirəm ki, uşaqpulu verilsin, əksinə çıxırlar. Deyirik ki, benzinin qiymətini aşağı salın, əksinə, qaldırırlar. Pensiyanı artırmağı təklif edirik, məhəl qoymurlar. Tarif Şurası yaradıb, onun arxasında gizlənirsiniz. Nə deyirik, tərsinə edirsiniz. Onsuz da biz deyəni etmirsiniz, bizi saymırsınız! O boyda Qarabağın bərpası məsələsini qoymuşuq, Türkiyədən başqa investisiya qoyan yoxdur. Bir dənə istehsal sahələri qurmursunuz. Camaata deməyə sözümüz yoxdur. Biz 50 manat verib, bir çaynik çay içirik, rayonda isə 9-10 kişi toplaşır ki, 10-20 qəpikdən “sobrazim” edib, 1 çaynik çay içsinlər!”

Şərhlər
Tahir müəllim rayona gedəndə Bakıda 2 çaya verdiyiniz 100 manatı saxlayın hər hansı bir çayxanada 100 çaynik çayıda Sizin hesaba içək!!!
Ölkədə ən yüksək əmək haqqı ilə ən aşağısı arasında - "qara" əmək haqları və rüşvət olmamaq şərtilə - 3 dəfədən çox fərq olmamalıdır.
44 günlük vətən müharibəsindən sonra Azərbaycan xalqının ən böyük arzusu dövlətin güclü islahatlar həyata keçirməsini görmək idi. Ermənistan üzərində qələbə necə əhəmiyyətli sayılırsa, güclü islahatlar həyata keçirmək də bir o qədər əhəmiyyətlidir. Amma görünən odur ki, bu yazıq millətin haqqını yeyən, qanını soran vicdansız məmurlar benzini, suyu, qazı bahalaşdırmaqdadırlar....
Niyə kommenti yerləşdirirsiniz? .
Zamanında "yaş senizi" ilə bağlı küçələrə çıxdıq, qışqırmadan qarnınız cırıldı. İndi 50- 60 yaşında heç yerdə işə almırlar ki qocadan. Qocayam, iş vermirsən, qadağa qoymusan onda pensiya ver. Bu nə deyil siyasətdir. Bəs 10-15 il necə yaşamalıdır..
Doğurdanda dövləti sevirsənsə,onda ölkədə tikilən hündür mərtəbələrdən yığılan komunal pullar hara və kimlərin cibinə axır,niyə vergi bələdiyə polis icra hakimləri buna göz yumur,yığılan qanunsuz pulardan ayda hansı qurumlara paket şəkilində verilir.
Tahir bəy,dediklərinəqulaq verən Hökumət olmadığından özünüzü yorirsunuz.lkə bir neçə dəıəduzun ümidinə buraxılıb.Deyilirsə də diqqət verən olmur.BUnun əsl səbəbi regionçuluq.qohumbazlıq və qarşıq millitər olduğu hamıya bəllidir...
Gözə girmək.