“QARABAĞDA ERMƏNİ QALMAYACAQ...” – Qarabağdan qaçan ermənilər Paşinyandan nə istəyir?

44 günlük müharibə zamanı Ermənistana qaçan ermənilərin böyük qismi geri qayıtmağı heç ağlının ucundan da keçirmir. Bunu son günlər İrəvanda həmin ermənilərin tez-tez keçirdikləri etiraz aksiyaları da təsdiqləyir.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, oktyabrın 12-də İrəvandakı hökumət binası qarşısında aksiya keçirən Qarabağdan qaçan ermənilər sosial vəziyyətlərinin yaxşılaşdırılmasını və Ermənistanda yaşayış və iş yerlərilə təmin olunmalarını tələb ediblər.

Aksiyada iştirak edən “Hadrut naminə” ictimai birliyinin başçısı Levon Ayriyan jurnalistlərə açıqlamasında hökuməti tənqid edərək, ermənilərin zorla Qarabağa qaytarılması planını pisləyib: “Keçən dəfə heç olmasa sosial problemlərimizin müvəqqəti də olsa həll ediləcəyinə dair söz vermişdilər. Onlar bizə adambaşına cəmi 25 min dram (50 dollar-red.) vermək qərarına gəliblər, hələ bu pulu necə xərcləməli olduğumuza dair məsləhətlər də verirlər...”

Qarabağa qayıtmaq məsələsinə gəlincə, L.Ayriyan “milli azadlıq hərəkatı”nın mənasını itirdiyini və hər şeyin bitdiyini söyləyib: “”Artsax”a (Qarabağ-red.) dönməyin o vaxt mənası olardı ki, orada milli azadlıq uğrunda mübarizə başlayardı. Mübarizə isə yoxdur. Azərbaycan hakimiyyəti Qarabağ adlı ərazi vahidinin ləğv edildiyini, artıq olmadığını deyir, Rusiya Prezidenti isə deyir ki, Qarabağ hər zaman Azərbaycanın olub və belə də qalacaq. Mən isə deyirəm ki, “artsax”a Ermənistanın tərkibində, yaxud müstəqil status verilməsə, orada erməni qalmayacaq. İndi bizə izah etsinlər ki, bizi hara və niyə göndərirlər? Niyə bizim harada ev tikəcəyimizə dair qərarı siz verməlisiniz?”

Aksiyada iştirak edənlər Ermənistanın istənilən nöqtəsində yaşamağa razı olduqlarını, ancaq heç bir halda Qarabağa qayıtmaq istəmədiklərini bildiriblər. Onlar adambaşına 50 dollarla yaşamağın mümkün olmadığını deyərək, Paşinyan hökumətindən sosial vəziyyətlərinin yaxşılaşdırılmasını tələb ediblər.

Erməni mətbuatı rəsmi statistikaya əsaslanaraq, vaxtilə işğal altında olmuş ərazilərimizdən, eləcə də hazırda sülhməramlıların nəzarətindəki bölgədən ümumilikdə 21 615 nəfərin Ermənistana qaçdığını yazır. Və bu rəqəm çoxalmaqdadır. 

“AzPolitika.info”

635x100

Şərhlər

B.Qarabağlı 2021-10-13 03:45:02

Onları sülhsevər ədalətli insan kimi tanımaq gərək! Ermənistan dövləti 1987-89cu illərdə milyonlarla azərbaycanlını zorla öz doğma torpaq və mülklərindən deportasiya edib? Özbaşına fərmanı ilə DQMVnin işğalına rəvac verib? Elə bu məqsədlə Kremllə hərbi ittifaqa girib yerli azərilərin soyqırımı ilə Azərbaycanın DQMV və aralıq rayonlarını işğal edib? İndi hansı haqq-ədalət və üzlə Azərbaycanda qalsınlar? Bir halda ki, Ermənistanda minlərlə azəri-türk kəndləri və yüz minlərlə evləri boşaldılıb, yüz minlərlə erməni də öikəni tərk edib, boşluğa əhali gərəkdir!

Son yazılar