Menu

"İŞİD internet müharibəsini udur" - ABŞ konqresmeni

27.10.2014, 12:42
"İŞİD internet müharibəsini udur" - ABŞ konqresmeni

ABŞ Konqresinin Nümayəndələr palatasının daxili təhlükəsizlik komitəsinin sədri Maykl MakKaul ABC kanalına verdiyi müsahibədə İŞİD-in internet müharibəsini udduğunu deyib.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD təbliğatı nəticəsində “yalquzaq” adlanan insanların cinayət əməllərinin artdığını deyib.

MakKaulun sözlərinə görə, bu şəxslər heç bir qrupla əlaqəli deyil: “İnternetdəki təbliğatdan təsirlənərək ABŞ təhlükəsizlik qüvvələrinə hücum edirlər”.

Konqresmen bu şəxslərin qarşısının alınmasının çox çətin olduğunu deyib.

MakKaul İŞİD-i tərifləyərək bildirib ki, internetdə dəqiq mesajlar verirlər: “Onları dəstəkləyən şəxslər harada yaşayırsa, orada da cihad etmələrini istəyirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol