Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva leykozdan əziyyət çəkən 10 yaşlı Eldar Əhmədzadənin müalicəsini nəzarətə götürüb. Hazırda İstanbul şəhərində müalicə alan Eldarın ilik köçürülməsinə ehtiyacı var.
Donoru isə doğma qardaşı olacaq. Əməliyyatdan əvvəl onun kimyaterapiya proseduru keçməsi zəruridir. Hazırda iki kurs kimyaterapiya alan Eldar Əhmədzadənin daha iki və ya üç belə tibbi prosedur keçməsi vacibdir.
ldarın müalicəsini nəzarət altına götürən Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu əlavə kimyaterapiya kursları və ilik transplantasiyası üzrə əməliyyata dəstək məsələlərini öz üzərinə götürüb.


Şərhlər
Allah şəfasını versin bu körpə balanın.Amma mənə bir şey aydın deyil məgər ölkədə onkoloji xəstələrin müalicəsi pulsuz deyilmi? Təbiiki sözdə !Elə ailə tanıyıra ki 3 üzvü birdən onkoloji xəstəlikdən əziyyət çəkir.bir kimyaterapiya 1000 aznə başa gəlir.deməli kasıb təbəqə onkoloji xəstədirsə ölümə məhkumdur.bu dəqiqə ölkədə onkoloji xəstəliklər sürətlə yayılmaqda heçdə karonadan geridə qalmır.məncə artıq hökunət bu barədə təcili tədbir görməlidir!