Menu

Qonşu ölkədə yoluxma sayı kəskin artdı

13.10.2021, 10:49
Qonşu ölkədə yoluxma sayı kəskin artdı

Gürcüstanda son sutkada koronavirusa 4 837 yeni yoluxma halı təsdiqlənib, 26 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 645 195-ə, ölənlərin sayı isə 9 332-yə yüksəlib.

Ötən 24 saat ərzində 1 586 nəfər, ümumilikdə isə 605 581 nəfər müalicə olunaraq sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol