Menu

Azərbaycan parlamenti Zəfər Günü ilə bağlı bəyanat qəbul edəcək

13.10.2021, 14:01
Azərbaycan parlamenti Zəfər Günü ilə bağlı bəyanat qəbul edəcək

Azərbaycan Milli Məclisi 8 noyabr - Zəfər Gününün birinci ildönümü ilə bağlı bəyanat qəbul edəcək.

Bunu "Report"a açıqlamasında parlament Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol