Almaniya 600 milyon avro verir - Amma talibləri hələ tanımaq istəmir

Əfqanıstanda radikal «Taliban» hökumətinin tanınması Almaniya üçün hələlik gündəlikdə deyil, amma ölkə 600 milyon avro humanitar yardım ayıracaq.

Bu barədə oktyabrın 12-də AFR kansleri Angela Merkel G20 ölkələrinin videokonfransının nəticələrinə əsasən Əfqanıstandakı situasiya barədə bəyan edib.

«Mən və bir çox digərləri aydın dedik ki, bizim cari qiymətləndirməmizə görə, «Taliban» hökuməti inklüziv deyil, ona görə onun tanınması mövzusu gündəlikdə dayanmır, amma mümkündür və vacibdir ki, danışıqlar apamaq lazımdır və bu danışıqlar Almaniya tərəfi ilə çoxdan aparılır,» - Merkel deyib.

O, göstərib ki, belə görüşlər zamanı terrorla mübarizə və humanitar yardım mərkəzi xətti təşkil edir. «Biz, Almaniya tərəfdən bu gün bir daha qeyd etdik ki, artıq bu il 600 milyon avro ayıracağıq ki, humanitar problemləri həll edək, belə ki, iqtisadi kollapsdan qaçmaq lazımdır» - Merkel deyib.

Xəbər verildiyi kimi, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ananos edib ki, Avroittifaq əlavə olaraq, Əfqanıstana və qonşu ölkələrə 700 milyon avro fövqəladə yardım təqdim edəcək.

Beləliklə, maliyyələşdirmənin ümumi həcmi 1 milyard avro təşkil edəcək. Bundan əvvəl isə 300 milyon avro ayrılması nəzərdə tutulmuşdu ki, ölkədə iqtisadi kollapsın və aclığın qarşısı alınsın.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar