"Dini tribunadan müharibə və nifrət çağırışı ilə çıxış etmək olmaz" - Allahşükür Paşazadə

“Təəssüflər olsun, bugünkü reallıq belədir ki, mina sahələrinin xəritələri bizim tərəfə təqdim edilmədiyi üçün bu gün də Azərbaycan torpaqlarında günahsız insanlar minaya düşərək həlak olur”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşünün nəticələri barədə bildirib.

“Sülhün bərqərar olması üçün bütün səviyyələrdə, o cümlədən ictimai və dini səviyyələrdə səy göstərilməsi davam etdirilməlidir. Azərbaycan dövləti dəfələrlə Ermənistan ilə mehriban qonşuluq münasibətlərinə hazır olduğunu dəfələrlə bəyan edib, ölkənin dini icması da bu mövqeyi dəstəkləyir. Azərbaycan işğaldan azad edilmiş ərazilərində yerləşən bütün mədəni və dini abidələri mühafizə etmək və qorumaq, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquq və azadlıqlarını təmin etmək qətiyyətini ən yüksək səviyyədə bəyan edib”, - o deyib.

“Biz dindən etnosiyasi məqsədlər üçün istifadə edilməsinə yol verməməliyik. Hesab edirik ki, qanlı müharibənin hər iki xalqa böyük kədər bəxş etdiyini nəzərə alaraq, dini tribunadan müharibə və nifrət çağırışı ilə çıxış etmək olmaz”, - QMİ sədri əlavə edib.

“Erməni kilsəsinin barışmaz və siyasiləşmiş mövqeyinə baxmayaraq, hesab edirik ki, biz – dini liderlər problemin siyasi deyil, mənəvi tərəfinə görə məsuliyyət daşıyırıq. Bu səbəbdən, biz – dini liderlər dövlət başçılarımızın siyasi qərarlarını şübhə altına almaq hüququna malik deyilik.

Allah qarşısında borcumuz bu həqiqəti xalqlarımıza, o cümlədən, ölkələrimizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizə çatdırmaqdır. Biz - dini liderlər etiqada və öz nüfuzumuza arxalanaraq, xalqlarımızın gələcəyi naminə ölkələrimizin siyasi liderlərinin sülh razılaşmalarını icra etmək səylərini dəstəkləməliyik”, - Allahşükür Paşazadə vurğulayıb.

635x100

Şərhlər

Adəm 2021-10-13 15:51:31

Həzrəti Abbasın işıldayan gözləri haqqı möhtərəm Şeyx həzrətləri ömründə "etnosiyasi"" sözünü ömründə ilk dəfədir ki işlədir və bu sözün nə olduğunu da bilmir. Vicdan nədir bilməyənin etnosiyasini hardan bilər? Onu yazıb Şeydə veriblər. Yenə düz oxuyursa saf olsun. Bu da bir işdir....

Son yazılar