Türkiyədə şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, onlarla xəsarət alan var - FOTOLAR

Türkiyədə ağır yol qəzası olub. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Nevşehirdə qeydə alınıb.

Belə ki, 81 əyalətdən olan şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza zamanı 44 nəfər xəsarət alıb. Onlardan 39-nun şagird olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar